28 Kasım 2016 Pazartesi

Pul vəsaitinin hərəkəti haqqında hesabat nədir?

pul vesaitinin hereketi

     Pul vəsaitinin hərəkəti haqqında hesabat müəssisənin maliyyə hesablarına çox mühüm bir əlavədir. Çünki uçot mənfəəti müəssisənin müvəffəqiyətliyinin yeganə göstəricisi deyil. Pul vəsaitinin hərəkəti haqqında hesabatda əsas diqqət
pul vəsaitlərinin mənbələri və onun hara istifadə edildiyinə yönəlir. Bu hesabat müəssisənin likvidliyinin və ödəmə qabiliyyətinin çox mühüm göstəricisidir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması Beynəlxalq Mühasibat Uçotu Standartları ilə tənzimlənir. Bu standart, 7 nömrəli standartdır. Pul vəsaitinin hərəkəti haqqında hesabatda əsas 3 anlayış mövcuddur. Bunlara pul vəsaiti, pul vəsaiti və onun ekvivalentləri, pul vəsaitlərinin hərəkəti anlayışları aiddir. Bu anlayışlar standartlarda izah edilir.
    Pul vəsaitləri dedikdə kassada olan nəğd pul vəsaitləri və bank hesabında saxlanılan və tələbata əsasən təqdim olunan pul vəsaitləri nəzərdə tutulur. 
   Pul vəsaitlərinin ekvivalentləri isə qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlərin dəyərinin dəyişməsi üzrə cüzi riskə məruz qalan yüksək likvidlikli investisiya qoyuluşlarıdır.
    Pul vəsaitlərinin hərəkəti isə pul vəsaitləri və onun ekvivalentlərinin daxil olması və xaric olmasıdır ki, buna mühasibat uçotunda mədaxilməxaric də deyilir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda dövrün əvvəlində olan pul vəsaiti və il içərisində olan pul vəsaiti və onun ekvivalentlərində olan dəyişiklikləri ifadə edir. Pul vəsaitlərinin hərəkəti 3 kateqoriyaya bölünür. Bunlar aşağıdakılardır.
  1.  əməliyyat fəaliyyətləri, 
  2.  investisiya fəaliyyətləri 
  3.  maliyyə fəaliyyətləri

     Əməliyyat fəaliyyəti dedikdə müəssisənin əsas gəlir gətirən o cümlədən investisiya və maliyyə fəaliyyətlərindən fərqli olan fəaliyyətləridir. 
     İnvestisiya fəaliyyətləri isə uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan digər investisiyalardan əldə olunan daxilolmalardır. 
     Maliyyə fəaliyyəti isə səhm kapitalının və 3-cü tərəfdən alınan borcların məbləğində və tərkibində dəyişikliklərə səbəb olan fəaliyyətlərdir. Hesabat dövrünün əvvəlində olan pul vəsaitlərinin miqdarı və hesabat dövrü içərisində olan bəhs edilən bu 3 kateqoriyada baş verən dəyişikliklərdən sonra hesabat dövrünün sonunda balans hesabatında göstərilən pul vəsaitinin miqdarını özündə əks etdirir. Yəni balans hesabatında dövrün əvvəlində göstərilən pul vəsaitləri ilə dövrün sonuna olan pul vəsaitləri arasındakı dəyişikliklərin nələr olduğunu pul vəsaitlərinin hərəkəti haqqında hesabat göstərmiş olur. Burada ən çox qarışdırılan məsələlərdən birisi də şirkət mənfəəti ilə pul vəsaitlərində olan hərəkətlərdir. 
  Pul vəsaitlərinin hərəkəti ilə mənfəətin mənfi və ya müsbət heç bir bağlantısı yoxdur.
 Çünki biz mühasibat uçotunda əsas uçotun hesablama metoduna görə aparıldığını qəbul edirik ki, bu da mühasibat uçotunda yaranan mənfəətin əslində nəğd olaraq şirkətə daha gəlməməsi və ya yaranmış xərclərin şirkətdən nəğd vəsait olaraq çıxmamasını göstərir. Buna görə də müəssisənin mənfəəti ilə və ya zərəri ilə onun pul vəsaitlərinin hərəkəti haqqında hesabatının birbaşa bağlantısı  yoxdur. Müəssisə 10000 manat zərər etdiyi halda onun pul vəsaitlərinin miqdarı 100000-dən daha çox da ola bilər. Çünki o borc almış ola bilər, investisiya fəaliyyətləri ilə bağlı mədaxillər ola bilər, öz əsas vəsaitini satmış ola bilər. Və ya tərsinə müəssisənin yüksək miqdarda mənfəəti olduğu halda pul vəsaitlərinin miqdarı çox aşağı ola bilər. Borclarını ödəmiş ola bilər, onun gəlirləri hesablama metoduna görə tanındığı üçün onlar hələ nəğd şəkildə şirkətin əlində olmamış ola bilər.

Hiç yorum yok:

Yorum Gönder