28 Kasım 2016 Pazartesi

İzahlı qeydlər və uçot siyasəti nədir?

uçot siyaseti nedir

       Mühasibat uçotu standartlarında 5 hesabatdan bəhs edilir. Bu hesabatların 5-cisiizahlı qeydlər və uçot siyasəti”-dir. İlk 4 hesabatda daha çox rəqəmlər yer almaqdadır. Bu hesabat isə o hesabatlarda olan rəqəmlərin hesablanma siyasətini və əlavə açıqlamaları özündə əks etdirir. İzahlı qeydlər və uçot siyasəti hesabatında şirkətin 

  • ümumi adı
  • faktiki ünvanı
  • istehsal etdiyi məhsullar
  • sahibkarları
  • fəaliyyət 

     sahələri haqqında geniş məlumat verilir. Müəssisənin uçot siyasəti dedikdə isə müəssisənin istifadə etdiyi amortizasiya metodları, mal-material ehtiyyatlarının hesablanma metodları və s. bunun kimi şərtlər, fərziyyələr orada ifadə edilmiş olur. İzahlı qeydlər və uçot siyasətində müəyyənləşdirilmiş  uçot siyasətinə əsasən digər 4 hesabat hazırlanır. Bütün o hesabatlardakı aparılan hesablamalar burda göstərilmiş müvafiq uçot prinsiplərinə əsasən aparılmış olur. Həmçinin, izahlı qeydlər və uçot siyasəti hesabatında hesabat dövründən hesabatların təsdiq olunması tarixi arasında baş vermiş hadisələr haqqında da geniş məlumat verilə bilir. Mühasibat uçotu standartlarından daha öncə hesabatların altında kiçik qeydlər yer alırdı. İndi isə standartların tələbi ilə uçot siyasəti və bütün qeydlərin yer aldığı böyük bir hesabat hazırlanır və ümumi hesabatlar dəstinə əlavə edilir ki, bu hesabatın da adı izahlı qeydlər və uçot siyasətidir.     

Hiç yorum yok:

Yorum Gönder