28 Kasım 2016 Pazartesi

Kapitalda dəyişiklik haqqında hesabat nədir?

kapitalda deyisiklik haqqinda hesabat

       Mühasibat uçotunda nəzərdə tutulan kapital, şirkət sahiblərinin və ya səhmdarlarının şirkətə qoyduqları pullar, vəsaitlər nəzərdə tutulur. Kapitalda dəyişiklik haqqında hesabat, bir dövrün əvvəlindən sonunadək kapitalda baş vermiş dəyişiklikləri ifadə edən bir hesabatdır. Bu dəyişikliklər, 

  • yeni mənfəətin əldə edilməsi,
  • şirkət sahiblərinin yeni kapital qoyuluşu
  • səhmlərin satılması
  • zərərin edilməsi

 kimi ifadə edilə bilər. Ardıcıllıq olaraq maliyyə nəticəsi haqqında hesabatdan sonra hazırlanan kapitalda dəyişiklik haqqında hesabat maliyyə nəticəsini yəni xalis mənfəətin və ya xalis zərərin kapitala təsirini özündə göstərir. Balans hesabatını hazırlamaq üçün əvvəlvə kapitalda dəyişiklik haqqında hesabatı hazırlamaq lazımdır. Çünki kapital balansın vacib hissələrindən biridir. Kapitalda dəyişiklik haqqında hesabatın hazırlanması zamanı ilk öncə dövrün əvvəlinə müəyyən olunan kapital müəyyənləşdirilir. Daha sonra keçmiş dövrlərə aid olan səhvlər və düzəlişlər edildikdən sonra bu dövrdə kapitalda verilmiş dəyişikliklər ifadə edilir. Bu dəyişikliklər, xalis mənfəət, xalis zərər, dividentlərin ödənilməsi, ehtiyat kapitalda dəyişikliklər, yeni səhmlərin satılması kimi ifadə edilə bilər. 

Hiç yorum yok:

Yorum Gönder