28 Kasım 2016 Pazartesi

Maliyyə nəticəsi (Mənfəət və Zərər) haqqında hesabat nədir?

menfeet ve zerer haqqinda hesabat

         Maliyyə nəticəsi haqqında hesabat müəssisələrin iki ən vacib hesabatlarından biridir. Maliyyə nəticəsi haqqında hesabat mənfəət və zərər haqqında hesabat olaraq da bilinir. 
        Mühasibat uçotunun uyğunluq prinsipinə
əsasən hazırlanan maliyyə nəticəsi haqqında hesabat, yalnız bir dövrə aid olan bütün gəlirləri və bu gəlirlərin əldə edilməsi üçün çəkilən bütün xərcləri göstərən bir hesabatdır. Bu hesabat xərclərin mahiyyəti və xüsusiyyətlərinə görə bölgüsü aparılaraq fərqli şəkillərdə hazırlana bilir. Amma maliyyə dövrünün nəticəsi eyni olaraq qalır.
      Maliyyə nəticəsi və ya mənfəət və zərər haqqında hesabatı biz bir video çəkilişə bənzədə bilərik. Çünki bu bir dövrün əvvəlindən sonunadək baş verən bütün gəlir və xərcləri özündə göstərir. Eyni videodakı kimi. Müəyyən bir zaman diliminin əvvəlindən sonunadək olan bütün dəyişiklikləri özündə göstərir. Maliyyə nəticəsi haqqında hesabata standartlarda bəzən gəlirlər haqqında hesabat, gəlir tablosu və ya gəlir raporu deyə də ifadə edilir. Mənfəət və zərər haqqında hesabatın ən əsas gəlir predmeti şirkətin satışlarıdır. Ən vacib və ən böyük xərc predmenti isə bu satışlarla bağlı yaranan əsas maya dəyəri xərcini ortaya çıxarır ki, bunların fərqinə də məcmu mənfəət və ya məcmu zərər deyilir. Beynəlxalq Mühasibat Uçotu Standartlarına görə bu hesabat hesablama metoduna görə hazırlanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə isə gəlir və xərclərimizi həm hesablama metodu həm də kassa metoduna görə tanıya bilərik. Bu hesabat nəticəsində çıxan mənfəətə görə mənfəət vergisi müəyyənləşdirilir.

Hiç yorum yok:

Yorum Gönder