28 Kasım 2016 Pazartesi

Maliyyə vəziyyəti və ya balans haqqında hesabat nədir?

maliyye balansi

Maliyyə vəziyyəti haqqında hesabat daha çox balans hesabatı olaraq bilinir. Balans sözü “bərabərlik” deməkdir bir çox dillərdə. Həmçinin bu bərabərlik mühasibat uçotunun əsas bərabərliyidir. Yəni, 

aktivlər (a) bərabərdir öhdəliklər (ö) və kapitalın (k) cəminə. (a=ö+k) Aktivlər deyəndə müəssisənin resursları nəzərdə tutulur. Onun qarşılığı isə öhdəliklər və kapital, müəssisənin borcları və öz sərmayəsindən ibarətdir. Balans sözü həmçinin tərəzi mənasını da ifadə edir. Hansıki iki tərəfin, aktiv və öhdəliklərlə kapitalın cəminin bir-birinə bərabərliyini göstərən köhnə tərəzilər nəzərdə tutulur. Aktivlər dedikdə şirkətin resursları, yəni binası, avtomobili, pulu və s. nəzərdə tutulur. Aktivlər də öz içərisində “cari aktivlər” və “uzunmüddətli aktivlər”-ə bölünür ki, bunlar balans hesabatının sol tərəfini ortaya çıxarmış olur. Sağ tərəfdə isə “ öhdəliklər” yəni şirkətin başqa müəssisələr və şəxslər tərəfində olan məsuliyyətləridir. Bunlar, “xarici sərmayə” olaraq da ifadə edilə bilir. Eyni şəkildə “öhdəliklər” də “cari öhdəliklər” və “uzunmüddətli” öhdəliklər olaraq bölünür. Bunlara bank kreditləri, işçilərə olan maaş borcları və s. kimi bütün borclar daxildir.



Kapital dedikdə isə şirkətin rəhbərlərinin və ya təsisçilərinin şirkətə qoyduğu sərmayə nəzərdə tutulur. Kapitala həmçinin “xalis aktivlər” də deyilir. Çünki ümumi aktivlərdən öhdəlikləri çıxdığımız zaman qalan fərq kapitaldır və ya xalis aktivlərdir.

 Bu resurslarımızın şirkət rəhbərlərinə və ya təsisçilərinə aid olan hissəsini ifadə edir. Balans hesabatındakı bərabərlik yəni aktivlərlə, öhdəliklərlə kapitalın cəminin bir birinə bərabər olduğu hissələr ya qarşı qarşıya göstərilir ya da alt alta göstərilir. Bu hesabatda adətən iki ilin məbləğləri göstərilir. Maliyyə vəziyyəti haqqında hesabatı fotoşəkilə də bənzədə bilərik. Çünki maliyyə vəziyyəti hesabatı bir anda olan maliyyə vəziyyətini göstərir. Eyni fotoşəkil bir anda olan əşyaların vəziyyətini dondurduğu kimi maliyyə vəziyyəti haqqında hesabat da hesabat dövrünün sonunda maliyyə vəziyyətində olan formanı özündə əks etdirir.

Hiç yorum yok:

Yorum Gönder