25 Kasım 2016 Cuma

Marketinq Nədir?

marketinq
Marketinq Nədir?
Marketinq – ingilis dilində "market" sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi "bazarda fəaliyyət"dir.
Marketinq – mübadilə fəaliyyətinini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv
həyata keçirmek üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan avvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Başqa sözlə, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: "elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun". Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
Bəzi mütəxəssislərin fikrincə, marketinq müasir müəssisələrdə, firmalarda əmtəələrin təkrar istehsalı prosesində fəaliyyətin təşkili sistemidir. Bir zaman təsərrüfat fəaliyyəti üzrə olan qərarların əsasını bazarın tələbləri, alıcıların real ehtiyacları, onların əmtəələrə və xidmətlərə olan tələbatı, həmin müəssisələrin, firmaların istehsal-satış imkanları təşkil edir.
Marketinq sahəsində aparıcı mütəxəsislərdən hesab edilən P. Drükerin fikrincə: "Marketinqin məqsədi, satış üzrə qüvvə sərfini lüzümsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın".
Marketinq XX əsrin əvvəllərində Amerika Birləşmiş Ştatları-nda meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş kapitalist ölkələrində geniş yayılmışdır. Bu üsulun tətbiqinin son məqsədi firmaların maksimum gəlirlərini təmin etməkdir. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanılması və daşınması proseslərinə müasir və mütərəqqi üsulların geniş tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. həyata keçirməyi nəzərdə tutur.
Marketinq mürəkkəb və dinamik sistem olub müəssisə (firma, şirkət və s.) fəaliyyətinin idarə olunmasını, bazara istiqamətləndirilməsini təmin edir. O, təşkilati-texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirən idarəetmənin aparıcı və həlledici funksiyasıdır. Marketing uyğun məhsulun, uyğun yerdə, uyğun miqdarda və uyğun qiymətə alıcıya çatdırılması üçün aparılan insan fəaliyyətidir və biznesdə uğurun əsas şərtidir.
Ümumilikdə bir çox xarici ölkə iqtisadçılarının fikrincə marketinq sözünün açıqlanması üçün muasir dövrdə 2000 çox tərif verilmişdir. Bu təriflərin hər biri bu və ya digər formada marketinqin mahiyətinin açıqlanmasına yönəlmişdir. Bütün bunlar bir daha sübüt edir ki, marketinq iqtisadi kateqoriya kimi təsərüfat fəaliyyətinə elə böyük təsir dairəsinə malikdir ki, onun bütün elementlərini bir tərifdə cəmləmək çox çətindir. Marketinqə səlist tərif vermək üçün ilk növbədə ona hansı prizmada baxıldığını təyin etmək lazımdır.
Hal hazırda I qrup mütəxəsislər hesab edirlər ki, marketinq dedikdə: "müəssisənin fəaliyyətində bazarla əlaqəli bütün qərarların bir-başa olaraq istehlakçıların tələb və istəklərinə uyğun təşkil edilməsi başa düşülməlidir" (marketinq – idarəetmə kimi)
II qrup marketoloqlor hesab edilərlər ki: "marketinq bazarda xüsusi tədbirlər vasitəsi ilə müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin rəqabət qabiliyyətini artırmaq üçün aparılan tədbirlər toplusudur" (marketinq – vasitə kimi)
III qrup belə hesab edir ki, "marketinq müəssisənin təsərüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistematik araşdırma prosesinin aparılmasıdır" (marketinq – metod kimi) Sadalanan təriflərlə qismən razılaşsaqda hesab edirik marketinq məfhumunu bütün elementləri bu təriflərdə öz əksini tapmırlar.
Fikrimizcə, marketinq – cəmiyyətin təlabatlarını ödəmək vasitəsi ilə mənfəət qazanmaq üçün istehsal və satış (mübadilə) prosesinin kompleks təşkilidir. Bu tərif marketinq fəaliyyətinin əsas istiqaməti olan, firmanın istehsal və satış prosesinin bazarda baş verən proseslərə uyğun təşkil edilməsinin vacibliyini özündə əks etdirir. Başqa sözlə desək marketinq müəssisənin daxili mühitinin bazar təlabatlarına uyğunlaşdırılması prosesidir. Bundan başqa marketinq sahәsi bütün sahәlәrdә keçәrlidir. Bunun özü biznesdir. Bütün dünya biznes, alış-veriş üzәrindә qurulub. Ticarәt, yәni alış-veriş olmasa heç bir kes bu dunyada qala bilmez. Adice misal olaraq bunu soylemek olarki, biz ozumuz yasiyib heyatda qalmagimiz ucun, heyatimizi xeyal etdiyimiz kimi qurmaq iteyirikse ozumuzu qorumaliyiq. Ilk novbede yemeyilik. Bunun ucunde dukanlardan corek almaliyiq. Bu xirda proses olsada alis veris adlanir. Biz aldigimiz bu coreyide basqa bir muessiseler dukanlara gonderirler. Bunu corek zavodlari edir ama bunun en basinda marketing isiyle mesgul olanlar edir (marketoloqlar). Yeni, onlar bu isleri etmeseler biz coreksiz ac olariq. Heyatda yasaya bilmerik. Butun Dunya Bazardir. Marketdir.

Hiç yorum yok:

Yorum Gönder