Maliyyə hesabatı, maliyyə və idarəetmə uçotunun nəticələridir. Lakin, bir qayda olaraq maliyyə hesabatları dedikdə maliyyə uçotunun hazırladığı müvafiq
hesabatlar nəzərdə tutulur. İdarəetmə uçotunun hesabatlarında forma, mövzu və istifadəçilər fərqli olduğu üçün onlar diqqətə alınmır.
Maliyyə hesabatlarının məqsədi iqtisadi qərarların qəbul edilməsində geniş istifadəçi auditoriyasının müəssisənin maliyyə vəziyyəti nəticəsi və maliyyə vəziyyətində dəyişikliklər haqqında faydalı məlumatla təmin etməkdir. Maliyyə hesabatlarının təqdim edilməsi üzrə həm beynəlxalq həm də milli mühasibat uçotu standartları var. Sözü gedən hesabatlarda 5 maliyyə hesabatının təqdim edilməsindən bəhs edilir ki bunlar:
- Maliyyə vəziyyəti haqqında hesabat; (balans)
- Maliyyə nəticəsi haqqında hesabat; (Mənfəət və Zərər haqqında hesabat)
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Kapitalda dəyişiklik haqqında hesabat;
- İzahlı qeydlər və uçot siyasəti.
Maliyyə hesabatları aylıq, rüblük və ya illik olaraq hazırlanır. Hesabatların hazırlanması ən az ildə bir dəfə həyata keçirilməlidir.
Hiç yorum yok:
Yorum Gönder