25 Kasım 2016 Cuma

NATO - ya üzv olan dövlətlər hansılardır?

NATO - ya üzv olan  dövlətlər hansılardır?
Hazırda NATO-ya 28 dövlət üzvdür. Bu dövlətlərdən ikisi Şimali Amerika qitəsində qalanları isə Avropada yerləşir. Üzvləri təsisçi və daha sonra qoşulanlar olmaqla iki hissəyə bölmək olar. Ümumiyyətlə qeyd etmək lazımdır ki, NATO-nu, 1949 cu ildə 12 dövlət:


Həmçinin Bax

NATO nədir?

ABŞ, Kanada, Birləşmiş Krallıq, Fransa, İtalya, Belçika, Niderland, Luksemburq, İslandiya, Danimarka, Portuqalya və Norveç Vaşinqton müqaviləsini imzalmaqla təsis etmişdir. Daha sonra, 1952 ci ildə Türkiyyə və Yunanıstan, 1955 ci ildə Qərbi Almaniya və 1982 ci ildə də İspaniya təşkilatın sıralarına daxil olmuşdur. Şərq bloku və Sovet İttifaqı dağıldıqdan sonra 1990 cı illərin ortalarından başlamaqla NATO üzvlərini artırmaq üçün Şərqə doğru genişlənmə prosesinə başladı. Növbə ilə 1999 cu ilə, Macarıstan, Çex Respublikası və Polşa, 2004 cü ildə Litva, Latviya, Estoniya, Bolqarıstan, Rumuniya, Sloveniya, Slovakiya və ən son olaraq 2009 cu ildə də Albaniya və Xorvatiya təşkilata daxil olmuşdur. Amma NATO nun genişlənmə siyasəti hələ də tamamlanmamışdır. Xüsusilə Rusiyanın etirazlarına baxmayaraq yaxın gələcəkdə də bir neçə Post Sovet dövlətinində bu təşkilata üzv olmaq perespektivi mövcuddur.
Bundan başqa qeyd etmək lazımdır ki, NATO çərçivəsində üzvlük onun həm siyasi həm də hərbi strukturlarında mövcuddur. Yəni bu o deməkdir ki, hər hansısa bir dövlət NATO nun hərbi strukturlarına üzv olmamaqla onun siyasi strukturlarında təmsil oluna bilər. Nümunə üçün demək olar ki, təşkilatın təsisçi dövlətlərindən olan Fransa müxtəlif fikir ayrılıqları səbəbindən 1966 cı ildə NATO-nun hərbi strukturlarından çıxsa da onun siyasi strukturlarında üzvlüyünü və fəaliyyətini davam etdirmiş və daha sonrada 2009 cu ildə yenidən bu təşkilata tam üzvlüyünü bərpa etmişdir.


"mediaspace" tabindex="0">

Hiç yorum yok:

Yorum Gönder