1 Aralık 2016 Perşembe

Quduz iti necə tanımaq olar?


Hər it dişləmə hadisəsi təhlükəli deyildir.
Əgər itin sahibi varsa və mütəmadi olaraq peyvəndi vurulursa, qorxmaq lazım deyil. Amma heyvanın ağzında su axırsa və sahibi bəlli deyilsə o zaman lazımlı tədbirlər görülməlidir. Çünki quduz xəstəliyinin müalicəsi yoxdur və antibiotiklər təsirsizdir. Ona görə də, ilk tədbirin önəmi olduqca böyükdür.

İtin Quduz olduğunu göstərən Əlamətlər Hansılardır?
1)Qızarma
2)Qaşınma
3)Tük Tökülməsi
4)Dəridə yaralar : qabıqlanma və kəpəklənmə
5)Dəridə pis qoxu
6)Dəri rəngində matlaşma
7)Ağızdan suyun axması
İt insanı dişlədiyi zaman ağzındakı mikrobla formalaşan yaradan insan vücuduna daxil olurur. Bu mikroblar vücudun dərin qatlarına, sinir sisteminə kimi gedib çıxır. Xəstəliyin ağırlığı dişlənilən yerin həssaslığı, formalaşan yaranın böyüklüyü və heyvanın xəstə olub-olmadığına görə dəyişir. Dişləmənin dərəcəsinə görə həmin yerdə qanama, şişmə və ağrı hiss olunur. Özəlliklə, dişləyən itin quduz olması, xəstəliyin keçiciliyi baxımında önəm daşıyır. Vaxtında müdaxilə olunmadıqda isə insanı ölüm gözləyir.
İt dişləməsi zamanı "təcili yardım" maşını gələnə kimi ciddi yaralanma varsa, ilk tibbi yardım olaraq qanama dayandırılmalıdır. Yara 5 dəqiqədən bir bol soyuq su və sabun ilə yuyulmalıdır. Bu üsul yüngül xəsarətlərdə quduz olmaq riski 90% azaldır. Daha sonra yaranı steril salfet ilə qurulamaq, yara ətrafındakı zədələnməyən sahəyə isə yod və zelyonka sürtmək lazımdır. Həkimlər isə yaranın özünü hidrogen peroksid məhlulu ilə də təmizləməyi məsləhət görürlər.
Yara təmizləndikdən sonra yara səthinə güclü təzyiq etmədən onun üzərinə tənzif və ya pambıq tampon qoyaraq sarğı ilə onu bərkitmək, sonra onu yaxınlıqdakı xəstəxanaya yerləşdirmək lazımdır.
İtlərin hücumuna daha çox uşaqlar məruz qaldığı üçün onları daha çox qorumalıyıq. Buna görə də, uşaqlarınızı həyətdəki itlərdən, hətta yad şəxslərin ev itlərindən uzaq tutun, onların həmin itlərə yaxın getməsinə, hirsləndirməsinə icazə verməyin.


Hiç yorum yok:

Yorum Gönder