4 Kasım 2016 Cuma

Necə Pul Yığmaq Olar?

nece pul yigmaq olar



Həyat şərtləri gün keçdikcə çətinləşir. Ya qazanılan pullar dolanmaq üçün çatmır, ya da gəlirimiz qədər xərclərimiz də olur. İlk maddənin səbəbi əlbəttə çalışılan işdən qaynaqlanır . İnsanların çoxu sevdikləri və maaşından məmnun
olduqları işlərə sahib deyildirlər. Bu da xoşbəxt olmayan bir nəslin meydana gəlməsinə səbəb olur. Ancaq bəzən dolanmaq sözünün qarşılığını verə bilmək üçün məcburi vəziyyətlərə dözmək lazımdır. İkinci maddə isə davamlı inkişaf edən texnologiya, geyim sektoru, uşaqların artan ehtiyacları kimi səbəblərə bağlanır.

Pul yığa bilmək üçün edilməsi lazım olanlardan biri əlbəttə fədakarlıqdır. Həvəs edilən hər əşyanı satın almaq qazanılan gəlirin əldən bir anda uçub getməsi demək olur. Bunun qarşısını almaq mümkündür. Edilməsi lazım olanları maddələr halında hazırladıq və sizin üçün yazdıq:

nece  pul yiga bilerem

* Daha əvvəl də bildirdiyimiz kimi pul yığmaq istəyirsinizsə bir şeylərdən imtina etməniz lazımdır. Məsələn büdcənizi çox aşan məkanlara getmək yerinə sizin üçün daha uyğun və rahat yerləri seçə bilərsiniz. Beləcə menyuda olan aşağı qiymətli yemək ilə içkilər gəlirinizin də dostu olar.

* İlk ehtiyaclar siyahısını hazırlaya bilərsiniz. Ay sonunda maaşınızı aldıqda əlinizdəki pul sizə çox çox görünər. Belə ki xərclə xərclə bitməz kimi gəlir. Əslində vəziyyət heç də elə deyil. Diqqət etmədiyiniz təqdirdə ehtiyacınız olanlar yerinə anlıq xoşbəxtlik verən şeyləri ala bilər və nəticəsində də peşman ola bilərsiniz.

* Sahib olduqlarınızın qiymətini bilin. Mütləq bahalı marka olsun deyərək, xarab olan bir əşya yerinə gedib sıfırdan eynisini almayın. Oxşar xüsusiyyətlərə sahib bir başqa markanı seçim edə bilər, yaxud ikinci əl məhsulları satın ala bilərsiniz. İkinci əl demək köhnə demək deyil.

* Hər ay gelirinizi bir miqdar artıraraq saxlayın. Bu şəkildə pul yığa, ehtiyacınız olduğunda rahatlıqla istifadə edə bilərsiniz.

Yaxşı bir həyat yaşamaq sizin əlinizdədir. Atalarımızın dediyi kimi "ayağınızı yorğanınıza görə uzatmasanız" nəticələrinə dözmək məcburiyyətində qalarsınız. Bunun yerinə qazancınızı ağıllı bir şəkildə idarə edib rahat və dinc bir ömür keçirə bilərsiniz.

Bu yazımızda necə pul yığılır onu izah etməyə çalışdıq ümid edirəm faydası olmuşdur.


Hiç yorum yok:

Yorum Gönder