24 Kasım 2016 Perşembe

"Allah" sözü ilə "Tanrı" sözü arasındakı fərq nədir?

"Allah" sözü ilə "Tanrı" sözü arasındakı fərq 
Babalarımız müsəlmanlıqdan əvvəl yaradana inanırdılar. Bəlkə müxtəlif tanrıları da
 vardı,lakin öz ləhcələri ilə “Tengri” dedikləri zaman Allahı nəzərdə tuturdular. Bu söz 
zaman  keçdikcə “tanrı” şəklini aldı ki, əslində “məbud” deməkdir və ərəbcədəki 
“İlah”ın, fransızcadakı “Diyo”nun, farscadakı “Xuda”nın qarşılığı olan sözdür. Lakin heç 
bir zaman Cənabi-Haqqın bütün gözəl isimlərini (Əsmaül-Hüsna) əhatə
edən “Allah” sözünün qarşılığı deyildir.

“Allah” deyiləndə bütün kainata isim və sifətləri ilə təcəlli edən bir Zat ağıla gəlir.
Əsmaül-Hüsnanı əhatə edən, özündə cəmləyən “Allah” sözündə belə ümumi
məna başa düşülür və bu Allahın xüsusi adıdır. 

“Allah” deyiləndə sözün əsl mənasında ibadət edilməyə layiq, varlığı özündən olan
Zat ağıla gəlir. Ancaq “tanrı” deyəndə yunanlının ağlına Zevs, misirlinin Apis Boğazı
 və  hindlinin ağlına da öz inəkləri gəlir...

Deməli, “tanrı” sözü məbud mənasını ağıla gətirdiyi halda, Ləfzi-Cəlalə olan “Allah” sözü
 Vacibul-Vücudun (mütləq var olan, yoxluğu mümkün olmayan Allah) xüsusi adı olaraq
 sadəcə o gözəl isimlərin sahibi Allahı göz önünə gətirir.

Ona görə də, insan “Allah” sözünün yerinə “Tanrı” sözünü işlədərsə, məqsədini tam izah
edə bilməz və xəta etmiş olar. “Tanrı” sözü “Xuda”, “Diyo” və “God” yerində işlənə bilər,
fəqət Allah yerində deyil. Allah Cənabi-Haqqın Zatına aid xüsusi addır. Ona görə də,
 “Lə ilahə illəllah” – deyirik, “Lə Allaha illəllah” demirik. Əvvəla, ilahlar, tanrılar
nə varsa, hamısına qadağa qoyulur, sonra da sadəcə Allah vardır, deyilir. 

Bir insanın ağzından “tanrı” kəlməsi çıxdığı zaman o dəqiqə əks təsir göstərilməməli,
əgər o sözü Allah yerində istifadə etmişsə, nəzakətlə xəbərdarlıq edilməlidir...

Osman Bilgen

Hiç yorum yok:

Yorum Gönder