23 Kasım 2016 Çarşamba

Ağ və qəhvəyi yumurta arasındakı fərq nədir?

Ağ və qəhvəyi yumurta arasındakı fərq nədir?


Yumurta keyfiyyətli zülal qaynağı olan mükəmməl bir qidadır.
Marketdən yumurta alarkən qabığının rəngi sizin üçün əhəmiyyətlidirmi və bununla bağlı seçim edirsinizmi?  Sizcə qabıq rəngləri fərqli olan yumurtaların
içləri də qida dəyəri baxımından fərqli ola bilər mi?
ATV.az çox diqqət etmədiyimiz ağ və qəhvəyi yumurta arasındakı fərqi araşdırıb. Belə ki, bu mövzuda bir-birinə zidd olan iki fikir var. Bir qisim insan iddia edir ki, qabığı ağ olan yumurta daha keyfiyyətlidir. İkincilər isə deyir ki, qabığın rəngi nə qədər tündləşirsə, yumurta qidalanmaq üçün daha faydalı olur.
Avropa ölkələrində qəhvəyi rəngli yumurtalar daha çox istifadə olunur. ABŞ-da isə vəziyyət tam tərsidir.
Amma hər iki fikir də səhvdir. Qida dəyəri, ləzzət və bişmə xarakteristikaları baxımından hər iki rəngli yumurtanın da içi eyni dəyərdədir. Hər iki yumurtada da eyni miqdarda zülal, mineral və vitaminlər (C vitamini istisna olmaqla) var. Lakin toyuğun yediyi yemin keyfiyyəti müəyyən fərqlər yarada bilər.
Yumurta ilə əlaqədar bəzi faydalı məlumatlar:
Suda qaynadılmış yumurtanı masanın üzərinə qoyun. Əgər dərhal dayansa, yaxşı bişməyib.
Yumurtanın təzəliyini yoxlamaq üçün suyla dolu qaba qoyun. Təzədirsə suda batacaq, bayatdırsa üzəcək.
Yumurtada həyat üçün bütün vitaminlər var. Tapılmayan tək vitamin C vitaminidir. Yumurtanın qida dəyəri yüksək olan qisimi sarısıdır.
Kalori baxımından ət və süd ilə müqayisə edildiyində, 55 qramlıq bir yumurta, 40 qram yağlı mal ətinə və ya 100 qram yağlı südə bərabərdir.

Hiç yorum yok:

Yorum Gönder