Çirkli pul dedikdə qeyri-qanuni yolla əldə edilən gəlir nəzərdə tutulur. Bu prosesin nəticəsində cinayət yolu ilə əldə olunan gəlir qanuni vəsait kimi görünür. “Çirkli pul” termini dünya leksikonuna ilk dəfə 1973-cü ildə “Uoterqeyt qalmaqalı”ndan sonra daxil olub. Çirkli pulların yuyulmasını isə ilk dəfə amerikalı qanqaster Al Kapone reallaşdırıb. Belə ki, o, qeyri-leqal yolla qazandığı pulları çoxlu sayda camaşırxana açaraq “yuyub” və bu gəliri həmin camaşırxanalardan əldə olunmuş kimi göstərib.
Pul necə yuyulur?